“Neftçi”nin prezidenti klublar komitəsinin yeni sədri seçilib
13 dekabr 2017 / 13:01 Baxış sayı: 869 Klublar komitəsinin bu il üçün sonuncu iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda yeni sədr müəyyənləşib.
Səsvermə nəticəsinə əsasən Orxan Hüseynzadə bu vəzifəni tutub. “Neftçi”nin prezidenti 7 səs toplayaraq, qarşıdakı 1 il ərzində KK-yə rəhbərlik etmək hüququna yiyələnib.
O, komitənin 4-cü sədri olub. Ona qədər bu posta Tuyqun Nadirov (“Xəzər Lənkəran”), Fikrət Hüseynov (AzAL) və Kamran Quliyev (“Sumqayıt”) başçılıq edib.