- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayan Məhəmməd Salahın transferi üçün hərəkətə keçib.
Allsport.az xəbər verir ki, misirli ulduz üçün “Əl-Qadisiya” klubu da mübarizəyə qoşulmağa hazırlaşır.
Maraqlıdır ki, Kriştianu Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” və Kərim Benzemanın köynəyini geyindiyi “Əl-Hilal” hazırda Salahın transferini nəzərdən keçirmir.
Hələ 2023-cü ilin payızında “Əl-İttihad”ın Salah üçün 174 milyon avro təklif etdiyi barədə məlumatlar yayılmışdı. 33 yaşlı futbolçu bu mövsüm keçirdiyi 34 matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.