- Baxış sayı: 35
- 06 Fevral 2026 17:46
- Baxış sayı: 220
- Fevral 04, 2026
- 0

“Liverpul”un sabiq futbolçusu Coui Cons dünyasını dəyişib.
Allsport.az xəbər verir ki, 70 yaşlı veteran müdafiəçinin vəfatının səbəbi açıqlanmayıb.
Cons 1975-1978-ci illərdə “Liverpul”un şərəfini qoruyub. O, “Reksem”, “Çelsi” və “Haddersfild” kimi klublarda da oynayıb.
Cons “Liverpul”un heyətində iki dəfə Avropa çempionlar kubokunu, UEFA kubokunun və Avropa super kubokunun qalibi olub.