- Baxış sayı: 49
- 19 Dekabr 2025 23:49

- Baxış sayı: 210
- Dekabr 19, 2025
- 0


AÇ-2020-nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar fəaliyyət göstərən əməliyyat qrupunun üzvləri İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında çempionata ev sahibliyi edəcək 12 şəhərin nümayəndələri üçün təşkil olunmuş seminarda iştirak edir.
Allsport.az xəbər verir ki, Avropa çempionatının noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçirilmiş püşkatma mərasimindən sonra hansı komandaların hansı şəhərlərdə çıxış edəcəyi müəyyənləşdiyi üçün seminarın məqsədi müxtəlif sahələr üzrə planların müzakirəsi və konkretləşdirilməsidir. Bundan əlavə, dekabrın 11-12-də UEFA-nın mənzil-qərargahında AÇ-2020-nin oyunlarının keçiriləcəyi 12 stadionun nümayəndələri üçün seminar təşkil olunacaq. Tədbirdə Bakı olimpiya stadionunun rəhbərliyi və əməliyyat qrupunun nümayəndələri iştirak edəcək.