- Baxış sayı: 48
- 19 Dekabr 2025 23:49

- Baxış sayı: 206
- Dekabr 19, 2025
- 0


“Sabah”ın qış hazırlıq planı bəlli olub.
Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 8-dən 22-dək Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olacaq. “Sabah” toplanış çərçivəsində 4 yoxlama oyununda (yanvarın 11, 15, 19 və 20-də) qüvvəsini sınayacaq.
Yoxlama oyunlarındakı rəqibləri barədə qarşıdakı günlərdə məlumat veriləcək.