- Baxış sayı: 117
- 15 Dekabr 2025 16:26

- Baxış sayı: 207
- Dekabr 19, 2025
- 0


İranın Rəşt şəhərində 18-ci “Caspian Cup” festivalı başa çatıb. Allsport.az xəbər verir ki, “A” (masters) turnirində mübarizə aparan Misrəddin İsgəndərov yarışın qalibi olub.
O, 9 turda 8 xal toplayıb. 2-ci yerdə 7,5 xalla İran təmsilçisi Araş Tahbaz qərarlaşıb. 3-cü yeri isə 7 xalla erməni şahmatçı Gevorq Harutyunyan tutub.
Digər şahmatçılarımızdan Vüqar Rəsulov və Azər Mirzəyev də turniri 7 xalla başa vurublar. Onlar əlavə göstəricilərə görə 6-cı və 7-ci yerlərdə qərarlaşıblar.