- Baxış sayı: 51
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 90
- Dekabr 19, 2025
- 0


Konfrans liqasının qrup mərhələsinin III turunda “Qarabağ” və Qazaxıstan “Kayrat”ı arasında keçiriləcək oyunun hakimləri bəlli olub.
Allsport.az xəbər verir ki, qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Yevgeni Aranovskiyə Semyon Şlonçak və Andrey Skripka laynsmanlar qismində kömək edəcəklər. 4-cü hakim funksiyasını Vitali Romanov yerinə yetirəcək.
Oktyabrın 21-də Tofiq Bəhramov adına respublika stadionunda oynanılacaq “Qarabağ” – “Kayrat” oyunu saat 20:45-də başlanacaq.