- Baxış sayı: 51
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 90
- Dekabr 19, 2025
- 0


AFFA intizam komitəsi Lənkəranın “Təhsil” komandasını U-13 və U-10 liqalarından kənarlaşdırıb.
Allsport.az xəbər verir ki, buna hər 2 komandanın çempionat oyunlarına təyin olunan vaxtda gəlməmələri səbəb olub. “Təhsil”in U-13 komandasına “Qala 95” (Masallı) ilə, U-10 komandası isə “Xəzər 92” ilə görüşdə üzrlü səbəb olmadan iştirak etməyib.
Bu hal 3-cü dəfə təkrarlandığından, onlar yarışdan xaric olunub. Komanda çempionat oyunlarının 50%-ni keçirdiyi üçün bütün qalmış oyunlarda ona 0:3 hesabı ilə məğlubiyyət verilib.