- Baxış sayı: 52
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 113
- Dekabr 19, 2025
- 0


“Səbail” premyer liqada 30-cu dəfə öz meydanında məğlub olub. Allsport.az saytı xəbər verir ki, bu, XVII turda “Zirə” ilə oyunda qeydə alınıb (0:1).
“Dənizçilər” 61-ci ev qarşılaşmasında 30-cu dəfə xalsız qalıb. Komanda bu müddətdə 17 qələbə qazanıb, 14 heç-heçə edib.
“Səbail” ilk ev məğlubiyyətini 2017-ci il sentyabrın 17-də “Qəbələ”dən alıb (1:3).