- Baxış sayı: 48
- 19 Dekabr 2025 23:49

- Baxış sayı: 207
- Dekabr 19, 2025
- 0


Çempionlar liqasının 3-cü mərhələsində “Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) arasında ilk oyuna təyinatlar açıqlanıb.
Allsport.az saytı xəbər verir ki, matçı İsveç futbol federasiyasından Andreas Ekberq idarə edəcək. Ona həmyerliləri Məhməd Qulum və Niklas Nyuberq köməklik göstərəcəklər. 4-cü referi Adam Ladebek olacaq.
Avqustun 3-də Tofiq Bəhramov adına respublika stadionunda görüş saat 20:00-da start götürəcək. Cavab matçı ayın 9-da Budapeştdə baş tutacaq.