- Baxış sayı: 170
- 19 Dekabr 2025 20:07
- Baxış sayı: 127
- Dekabr 19, 2025
- 0


NBA-nın əfsanəvi siması Maykl Cordanın 1998-ci il final seriyasının 2-ci oyununda geyindiyi ayaqqabılar hərracda satılacaq.
Allsport.az xəbər verir ki, 3-11 aprel tarixləri arasında Nyu-Yorkda yerləşən “Sotebi’s” hərrac evində onlayn auksiona çıxarılacaq ayaqqabının ən azı 2 milyon dollara satılacağı gözlənilir.
Cordanın karyerasının əvvəlində geyindiyi başqa bir ayaqqabı 2021-ci ildə keçirilən hərracda 1,47 milyon dollara satılıb.
Bu, rekorddur. İlk dəfə bir idman ayaqqabısı 1 milyon dollardan çox satılıb.