- Baxış sayı: 51
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 92
- Dekabr 19, 2025
- 0


Allsport.az xəbər verir ki, “Tottenhem”in qapıçısı Uqo Loris karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Futbolçuya adı açıqlanmayan bir Səudiyyə Ərəbistanı klubundan təklif göndərilib.
Həmin klub Lorisin maaşını 3 dəfə artırmağa hazırdır. “Tottenhem”də 36 yaşlı oyunçu həftədə təxminən 100 min funt sterlinq qazanır. Onun London təmslçisi ilə müqaviləsi 2024-cü ilə qədərdir.
Fransalı futbolçu bu mövsüm premyer liqada 25 oyuna çıxıb, 39 qol buraxıb.