ABU – «Knyaz Miloş» matçı avstriyalı hakimlərə tapşırılıb

14-15 fevralda qadın həndbolçulardan ibarət ABU klubu Çağırış kubokunun 1/8 finalında Serbiyada yerli «Knyaz Miloş»la qarşılaşacaq. Allsport.az xəbər verir ki, qarşılıqlı razılığa əsasən hər 2 matç rəqib meydanında keçiriləcək.

Bu görüşlərin hakimləri Denis Boliç və Kristof Huriç (hər ikisi – Avstriya) olacaqlar. EHF nümayəndəsi bosniyalı olan Ariyana Voyiçdir.

Həmin kateqoriyadan