Adeyemi klubunu dəyişir

Dortmund “Borussiya”sının ulduzu Kərim Adeyemi “Liverpul”un hədəfinə düşüb.

Allsport.az xəbər verir ki, tərəflər arasında ilkin danışıqlar artıq başlayıb. “Borussiya” 23 yaşlı vingerin transferi üçün 23 milyon avro civarında təklifləri dəyərləndirməyə hazırdır.

Mersisaydlılar almaniyalı futbolçunu hələlik əsas heyət üzvü kimi deyil, hücum xəttində rəqabəti artıracaq ehtiyat qüvvə kimi nəzərdən keçirirlər. Adeyemi cari mövsüm çıxdığı 22 matçda 6 qol və 3 ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan