- Baxış sayı: 43
- 10 Avqust 2026 19:49
- Baxış sayı: 216
- Avqust 12, 2026
- 0

Azərbaycan yığması Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə “Strandja” beynəlxalq turnirində daha bir medalı rəsmiləşdirib.
Allsport.az xəbər verir ki, komandamızın heyətində Bilalhəbaşi Nəzərov (50 kq) fəxri kürsüyə yüksəlib.
O, yarışı gümüş medalla başa vurub.
Beləliklə, milli turniri 2 mükafatla bitirib. Boksçularımızdan daha öncə Malik Həsənov (65 kq) üçüncü yeri tutub.