- Baxış sayı: 16
- 16 Aprel 2026 16:08
- Baxış sayı: 140
- Aprel 14, 2026
- 0

“Borussiya Dortmund”un kapitanı Əmrə Can bundesliqanın “Bavariya” ilə matçında sol dizinin çarpaz bağlarını qıraraq ağır zədələnib.
Allsport.az xəbər verir ki, 32 yaşlı futbolçu bir neçə ay meydanlardan kənar qalacaq.
Klubun idman direktoru Sebastian Kel bu itkini komanda üçün ağır zərbə adlandıraraq, bərpa dövründə kapitana hər cür dəstək veriləcəyini bildirib.
Əmrə Can cari mövsümdə çıxdığı 16 oyunda 3 qol vurmuşdu.