- Baxış sayı: 35
- 24 Noyabr 2024 22:46
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
“Zirə”nin baş məşqçisi Adil Şükürov Türkiyə toplanışı çərçivəsində Gürcüstanın “Şukura” klubuna qarşı keçirdikləri yoxlama oyunu ilə bağlı fikirlərini bildirib. Allsport.az xəbər verir ki, o, qolsuz bitən oyundan sonra bunları açıqlayıb:
“Bu oyunda komandanın yüklənmə dövründə özünü necə hiss etdiyini bilmək istəyirdik. Üzərində işlədiyimiz taktiki tapşırıqların necə qavrandığını və kollektiv oyunun hansı formada olduğunu öyrənməyə çalışdıq. Nəticə bizim üçün önəmli deyildi. Böyük hesabla uduza və ya qələbə qazana da bilərdik. Əsas qeyd etdiyim məsələlərdir. Ayrı-ayrı epizodlarda yaxşı oynadıq. Ancaq taktiki cəhətdən problemlərimiz var. Bunları aradan qaldırmaq üçün çox çalışmalıyıq. Ümumiyyətlə, görüləcək işlər çoxdur. Oyun təcrübəsinin azlığından yaranan səhvlər də var”.