- Baxış sayı: 43
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 137
- Fevral 06, 2026
- 0

Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 27-ci turu ilə bağlı bu qərarlar qəbul edilib:
“Şamaxı” – “Qəbələ” oyununda qonaqlardan 5 futbolçu sarı vərəqə ilə cəzalandırıldığı üçün, klub 800 manat cərimə olunub.
“Sabah” – “Sumqayıt” oyununda meydan sahiblərindən Amin Seydiyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimələnib.
“Göy-ağlar”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 800 manat ziyana düşüb.
“Sabah” – “Sumqayıt” oyununda hakimlər otağı isti suyu olan duş ilə təmin olunmadığı üçün, meydan sahibinə xəbərdarlıq edilib.
“Kimyaçılar”ın 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.
“Zirə” – “Neftçi” oyununda qonaq komandanın 8 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.