- Baxış sayı: 48
- 15 Noyabr 2024 21:26
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 23-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Şahdağ” – “Şuşa-Qarabağ” matçında “Şuşa Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 79-cu dəqiqəsində “Şuşa Qarabağ”ın futbolçusu Khirstopher Nkanşah idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Turan Tovuz” matçının 83-cü dəqiqəsində “Turan Tovuz”un futbolçusu Emin Mirzəliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Şəmkir” – “Rəvan” matçında hər iki komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat cərimə olunub. Oyunun 76-cı dəqiqəsində “Rəvan”ın futbolçusu Aslan Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 81-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Aydın Bayramov azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Bakılı” – “Göyəzən” matçının 78-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Rasim Daşdəmirov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.