- Baxış sayı: 48
- 15 Noyabr 2024 21:26
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 21-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Turan-Tovuz” – “Şuşa Qarabağ” matçında “Şuşa Qarabağ”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 79-cu dəqiqəsində “Turan-Tovuz”un futbolçusu Emin Mirzəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Energetik” – “Rəvan” matçının 5-ci dəqiqəsində “Energetik”in futbolçusu Emin Abbasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.
“Şahdağ” – “Göyəzən” matçının 76-cı dəqiqəsində “Şahdağ”ın futbolçusu Şıxqayıb Şıxqayıbov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.