AFFA ilə “Qarabağ”ın birgə layihəsi – yarıbayarı ucuz bilet

Bakı olimpiya stadionunda senytabrın 27-də çempionlar liqasının qrupunun “Qarabağ” – “Roma” və oktyabrın 5-də dünya çempionatının seçməsinin Azərbaycan – Çex Respublikası oyunlarının keçiriləcəyini nəzərə alaraq AFFA və “Qarabağ” klubu birgə layihə həyata keçirəcək.

Allsport.az saytı xəbər verir ki, “köhlən atlılar”ın cari avrokubok çərçivəsində ilk və “ay-ulduzlular”ımızın cari ələmədə son ev oyunu olduğundan, azarkeşlərin yüksək dəstəyinə hörmət əlaməti olaraq güzəştlər tətbiq ediləcək.

“Qarabağ”ın oyununa bilet alan azarkeşlər millinin çexlərlə qarşılaşması üçün bileti eyni sektordan olan yerə real qiymətindən 50 faiz ucuz əldə edə biləcəklər. Bunun üçün azarkeşlər millinin oyunu üçün bilet alarkən “Qarabağ” – “Roma” oyununun biletini kassalara təqdim etməlidir.

Qeyd edək ki, hər iki oyuna bilet satışı “i Ticket” şirkəti tərəfindən həyata keçirilir.

Həmin kateqoriyadan