- Baxış sayı: 51
- 19 Dekabr 2025 23:49
- Baxış sayı: 92
- Dekabr 19, 2025
- 0


Premyer liqanın 20-ci turunun “Qarabağ” – “Sabah” matçından əvvəl baş hakim Orxan Məmmədova xatirə hədiyyəsi təqdim olunub.
Allsport.az xəbər verir ki, AFFA hakimlər komitəsinin sədri Frits Stuxlik karyerasını bitirən 36 yaşlı referiyə forma hədiyyə edib.
2005-ci ildən hakimlik karyerasına başlayan sabiq FİFA referisi 2008-10-cu illərdə hakim köməkçisi, 2015-17-ci illərdə isə baş hakim kimi beynəlxalq oyunlara təyinat alıb.