AFFA Nadir Qasımova daha 5 oyun cəza kəsdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 26-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Şuşa Qarabağ” – “Qaradağ Lökbatan” matçında “Şuşa”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. “Şuşa Qarabağ”ın baş məşqçisi Nadir Qasımov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klub 500 manat cərimə olunub. Bu hal yenidən təkrarlandığı halda məşqçi haqqında daha ciddi tədbir görüləcək. Oyunun baş hakimi haqqında Hakimlər komitəsi lazımı ölçü götürüb İntizam Komitəsinə məlumat verəcək.

“Bakılı” – “Şahdağ” matçının 31-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Büşrah Əlili sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Zirə” – “Rəvan” matçında “Rəvan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Həmin kateqoriyadan