- Baxış sayı: 28
- 07 Aprel 2026 13:10
- Baxış sayı: 280
- Aprel 06, 2026
- 0

“Bulvar” mekmanxanasında AFFA-nın hesabat konfransında baş katib Cahangir Fərəcullayev məruzə ilə çıxış edib. Allsport.az saytı xəbər verir ki, o, əsas hədəf “A” milli komandanın olduğunu deyib: “Ötən ilin sentyabrında məşqçi heyətində edilən dəyişikliklərdən sonra işlər müsbət istiqamətdə inkişaf etməyə başladı.
Ayxan Abbasovun rəhbərlik etdiyi komandasının Fransa və Ukraynaya qarşı göstərdiyi əzmkarlıq, mübarizə ruhu və döyüşkənlik uzun müddətdir komandadan gözlənilən məqamlar idi. Taktiki-texniki dəyişikliklərlə yanaşı, bu keyfiyyətlər milli komandanın əsas simasını təşkil etməlidir.
Martın son günlərində ölkəmizdə təşkil olunan “FİFA sıralaması– 2026” turnirində bu keyfiyyətlərin ilk qığılcımlarını gördük. Bu turnirdə əsas qazancımız kubok deyil, özünəinamın bərpası, komanda ruhunun formalaşması və ümumi məqsəd uğrunda mübarizə aparan kollektivin yaradılmasıdır. Hesab edirəm ki, bu istiqamətdə ilkin mühüm addımlar atılıb”.