AFFA-nın hesabat konfransı

Aprelin 3-də “Bulvar” mekmanxanasında Azərbaycan futbol federasiyaları assosiasiyasının (AFFA) XXXIV hesabat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, öncə dövlət himni səsləndirilib. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin və hesabat ili ərzində vəfat edən futbol ictimaiyyəti nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AFFA-nın prezidenti Rövşən Nəcəf qonaqları, konfrans iştirakçılarını və mətbuat nümayəndələrini salamlayıb. Ardından qaydaya uyğun məlumat verilib ki, 35 səs hüquqlu nümayəndənin 33 nəfəri yığıncaqda iştirak edir və konfrans yetərsaya uyğun olaraq səlahiyyətlidir.

AFFA prezidenti Azərbaycan hakimlərinin beynəlxalq arenadakı çıxışını da yüksək qiymətləndirib. O, FİFA referimizin artıq beynəlxalq arenalarda uğurlu idarəçiliklə öz sözlərini dediklərini vurğulayıb, hakimlik sahəsinin inkişafı istiqamətində işlərin davam etdirildiyini bildirib.

Həmin kateqoriyadan