- Baxış sayı: 33
- 22 May 2026 23:35
- Baxış sayı: 424
- May 22, 2026
- 0

“Everton” yarımmüdafiəçi Cek Qrilişi heyətində saxlamaq niyyətindədir.
Allsport.az xəbər verir ki, Mersisayd təmsilçisi 30 yaşlı futbolçu “Mançester Siti”dən tam transfer etmək istəyir.
“Everton” Qriliş üçün təxminən 57,5 milyon avro ödəməyə hazırdır.
Qriliş cari mövsümdə bütün turnirlərdə 22 oyuna çıxıb, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.