- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Yeni strategiya ilə bağlı AFFA-nın departamentləri, onun birbaşa üzvləri – peşəkar futbol liqası, regional futbol federasiyası, ictimai futbol təşkilatları və sahə futbol federasiyası, həmin qurumların üzvləri olan premyer liqa, I və lI liqada çıxış edən klublar, futbolun inkişafı fondu, himayədarlar və tərəfdaşlar, həmçinin futbol ictimaiyyətindən təkliflərin göndərilməsi xahiş olunmuşdu.
Allsport.az saytı xəbər verir ki, alınan təkliflərin müzakirəsi məqsədilə cari həftə ərzində AFFA-nın departament rəhbərləri, PFL və RFF nümayəndələri ilə görüşlər təşkil olunub.
Bu gün isə mətbuat nümayəndələri ilə görüş keçirilib, strategiya ilə bağlı onların təklif və fikirləri dinlənilib və müvafiq qeydlər aparılıb.
Yazılı və şifahi formada alınmış bütün təklif və rəylər qeydə alınaraq, AFFA və onun partnyor şirkətləri olan “Dubl Pass” və Makkinsey & Partners” tərəfindən yaxın günlərdə təhlil olunacaq və məqsəduyğun olan təkliflər strategiyanın ilkin versiyasına daxil ediləcək.