- Baxış sayı: 37
- 25 Sentyabr 2026 18:34
- Baxış sayı: 84
- Sentyabr 25, 2026
- 0

İdman gimnastikası üzrə FİG dünya kubokunda ikinci yarış günü yekunlaşıb.
Allsport.az xəbər verir ki, 30-dan artıq ölkənin qatıldığı turnir 4 gün ərzində milli gimnastika arenasında davam edəcək.
Yarışda Azərbaycanı kişilər arasında Nikita Simonov, Aydın Əlizadə və Rəsul Əhmədzadə, qadınlar arasında isə Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edir.
Turnirin ilk iki günü təsnifat mərhələsinə həsr olunub, son iki gündə isə final çıxışları keçiriləcək. İkinci günün nəticələrinə əsasən Aydın Əlizadə final mərhələsinə yüksəlməyi bacarıb.
Final mərhələsində ölkəmizi Nikita Simonov, Dəniz Əliyeva və Aydın Əlizadə təmsil edəcək.
Yarışın ilk final mərhələsi isə sabah baş tutacaq.