- Baxış sayı: 26
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 46
- Dekabr 05, 2025
- 0
Bu gün AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra qərarlar çıxarılıb:
Azərbaycan kubokunun final matçı olan “Keşlə” – “Qəbələ” görüşündə paytaxt klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 88-ci dəqiqəsində “qara-qırmızılar”dan İlqar Qurbanov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub.
Qarşılaşmanın 55-ci dəqiqəsində “Qəbələ”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.
Görüşün 90+3-cü dəqiqəsində yerli azarkeşlər tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.