AFFA qərarını açıqlayıb

Bu gün AFFA-nın inzibati binasında icraiyyə komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:

Topaz premyer liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionat davam etdirilsin. 2018/2019-cu il mövsümündən etibarən əvəzedici komandanın oyunu əsas komandanın oyunundan 1 gün əvvəl keçirilsin.

Topaz premyer liqasında gənc futbolçularla bağlı limit aşağıdakı qaydada tətbiq olunsun: 1996-1997-ci il təvəllüdlü futbolçu start heyətinə, 1998-99-cu il təvəllüdlü futbolçu oyunun protokoluna daxil olunsun.

AFFA-nın baş katibliyi 1-ci divizionla bağlı icraiyyə komitəsinə yeni konsepsiya təqdim etsin.

AFFA-nın apellyasiya və arbitraj tribunalının sədri Muxtar Babayevin istefası qəbul olunsun. AFFA-nın növbəti Konfransına qədər bu vəzifə Ziya Babayevə həvalə olunsun.

İclasda Azərbaycan milli komandası barədə baş məşqçi Qurban Qurbanovun qısa hesabatı dinlənildi. Lisenziyalaşdırma prosesi ilə bağlı hesabat təqdim olundu.

Həmin kateqoriyadan