Afinada medal qoymadılar – 12 qızıl, 1 gümüş və 1 bürünc!

Yunanıstanın paytaxtı Afinada uşu-kunqfu üzrə 18-ci Avropa çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda millimiz 12 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Çinda versiyası üzrə yeniyetmələrdə Hüseyn Dəyyanlı (42 kq), gənclərdə Yusif Azadi (48 kq), böyüklərdə Fuad Əfəndiyev (70 kq), Əli Fətullayev (52 kq) 1-ci olublar.

Sanda versiyasında yeniyetmələrdə Elçin Muradov (45 kq), gənclərdə Cəlal Seyidov (48 kq), Raul Qasımzadə (52 kq), Bahadur Əhmədov (60 kq), Mehdi Həsənov (65 kq), Xətai Nemətli (75 kq), Kənan Həsənli (90 kq), böyüklərdə Elçin Eminov (70 kq) qızıl, Hüseyn Hüseynli (56 kq) gənclərdə gümüş və Ruslan Pirəliyev (70 kq) bürünc medal qazanıblar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish