- Baxış sayı: 40
- 03 Avqust 2026 23:58
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Keçmiş UFC çempionu Maykl Bispinq orta çəkidə döyüşən Həmzət Çimayevin tələblərini dəyərləndirib. Allsport.az saytı xəbər verir ki, bundan əvvəl çeçenistanlı titul döyüşü keçirməyə hazır olduğunu bildirmişdi.
“Mən Çimaevi günahlandırmıram. Amma o, çox nadir hallarda döyüşür. 2023-cü ildə 1, 2022-ci ildə 1, 2021-ci ildə 1 döyüş. Bu UFC üçün problemdir. Üstəlik, bir neçə dəfə döyüşdən geri çəkildiyi üçün onu etibarsız adlandırmaq olar”, – britaniyalı idmançı gileylənib.