- Baxış sayı: 28
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 143
- Noyabr 28, 2024
- 0
“Qarabağ”ın futbolçusu Aylton Silva “Sabah”la yoxlama oyunundan (5:0) sonra “CBC Sport”a açıqlama verib. Allsport.az xəbər verir ki, braziliyalı müdafiəçi karantin dönəmində evinin qarajında məşq etdiyini söyləyib:
“Meydana çıxdığım üçün özümü xoşbəxt hiss edirəm. Belə yoxlama görüşləri çempionatın bərpasından əvvəl çox önəmlidir. Həm də fərdi məşqçi ilə müqavilə imzalamışdım. Onun proqramına əsasən, məşqlər edirdim. Komanda olaraq məşqçilər və həkimlərimizin təlimatlarını maksimum yerinə yetirməyə çalışdıq”.
Ağdam klubunda icarə əsasında çıxış edən və müqavilə ilə Almaniyanın “Ştutqart” klubuna məxsus olan futbolçu gələcəyinin qeyri-müəyyən olduğunu bildirib: “İyunun 30-da müqaviləm başa çatır. Həmin vaxta qədər agentim həm “Ştutqart”, həm də “Qarabağ”la danışıqlar aparacaq”.
“Qarabağ” 25 yaşlı müdafiəçini Almaniya klubundan 1 illik icarəyə götürüb. Ayltonun “Ştutqart”la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.