AGF kubokunda 12 ölkə mübarizə aparır

“Sərhədçi” Olimpiya İdman Mərkəzində yeniyetmə-gənc sərbəst və yunan-Roma güləşçiləri arasında AGF kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürüb. Allsport.az saytı xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxstan pəhləvanları mübarizə aparırlar.

İlk yarış günündə yunan-Roma güləşi üzrə 90 yeniyetmə pəhləvan çıxış edir. Turnirin rəsmi açılış mərasimi bu gün saat 17:00-da baş tutacaq. Final görüşləri “İdman Azərbaycan” kanalından canlı yayımlanacaq. Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.

Həmin kateqoriyadan