AGF və AİJİB arasında tərəfdaşlıq

Azərbaycan gimnastika federasiyası (AGF) ilə İdman jurnalistləri ictimai birliyi (AİJ İB) arasında yaxın günlərdə tərəfdaşlıq memorandumu imzalanacaq. Allsport.az xəbər verir ki, bu barədə qərar AİJ İB sədri Azər İsmayıl ilə AGF-in baş katibi Nurlanə Məmmədzadə arasında keçirilən görüşdə qəbul olunub.

Görüş zamanı bir sıra məsələlər və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub. Məmmədzadə mediadan gözləntiləri ilə bağlı öz fikirlərini bildirib. Buna qədər hər iki tərəf arasında normal iş münasibətlərinin olduğunu qeyd edib. Azər İsmayıl isə jurnalistlərin istəklərini və gələcək əməkdaşlıq imkanlarını baş katibin diqqətinə çatdırıb.

Tərəflər ehtiyac olan bir neçə istiqamətdə qarşılıqlı əməkdaşlıqla bağlı ilkin razılıq əldə ediblər.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish