- Baxış sayı: 52
- 10 Noyabr 2026 23:45
- Baxış sayı: 341
- Noyabr 09, 2026
- 0

İspaniyanın Saraqosa şəhərində bədii gimnastika üzrə beynəlxalq turnirdə qrup hərəkətləri komandamız 3 dəfə fəxri kürsüyə qalxıb.
Allsport.az saytı xəbər verir ki, çoxnövçülükdə hakimlərdən 72.000 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.
Ayrı-ayrı alətlər üzrə çıxışlarda isə 5 halqa proqramında qazandıqları 38.050 xal onları gümüş medala aparıb. Millimiz 3 lent və 2 topla hərəkətlərdə də 2-ci yer tutub.