- Baxış sayı: 63
- 19 Dekabr 2024 20:49
- Baxış sayı: 568
- Yanvar 03, 2025
- 0
Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin Paris-2024 yay olimpiya oyunlarından sonra, könüllü olaraq vəzifəsindən ayrılacağı xeyli müddətdir məlumdur. O, yaxın çevrəsinə artıq çox yaşlandığını, səhhətinin imkan verməməsi və ailəsinə daha çox vaxt ayırması ilə izah edib. Bu ilin əvvəlində MOK-da 9-cu hesabat-seçki baş məclisi gözlənilir. Həmin toplantıdan sonra bu vəzifəyə kimin seçilməsi müəyyənləşəcək. Çingiz Hüseynzadə 1997-ci il iyulun 31-dən MOK-un vitse-prezidentidir.
O, İslam həmrəyliyi idman federasiyasının vitse-prezidenti (2009), Avropa olimpiya komitəsinin icra heyətinin üzvü (2013), Beynəlxalq elmlər akademiyasının həqiqi üzvü (2018) olub; akademik, filologiya elmləri doktoru, “Olimpiya” jurnalının baş redaktoru, Azərbaycan dillər universitetinin professorudur. İdmanda xidmətlərinə görə, “Fəxri bədən tərbiyəsi və idman işçisi” fəxri adına (2001), Avropa olimpiya komitəsinin “Olimpiya Şöhrəti” mükafatına (2010) layiq görülüb, “Şöhrət” (2007) və Şərəf (2021) ordenləri, “Heydər Əliyevin 100 illiyi” yubileyi medalı ilə təltif olunub (2024).
Çingiz Hüseynzadəni kimin əvəz edəcəyi hələ ictimaiyyətə açıqlanmır. Hələ buna iddialı olan da yoxdur. MOK-da əski əməkdaşların işini davam etdirib-etdirməməsinə isə, yeni vitse-prezident baş katib Azər Əliyevlə birgə qərar verəcək. Hərçənd maraqlı qüvvələr indidən qabaqdangəlmişliyə başlayıblar. Azərbaycan idman jurnalistləri assosiasiyasına ən yaxın mənbə Çingiz Hüseynzadənin erasının bitdiyini elan edib. AİJA idman mükafatları-2022-nin laureatı onun təqaüdə çıxacağını yazıb. Müəllifin ictimai təşkilatlarda yaş həddinin və təqaüdün yoxluğundan xəbərsizliyi aydın görünür. Yoxsa, üzv olduğu qurumun prezidentinin 77-ci qışı haqladığından məlumatlı olardı. Yeri gəlmişkən, 73 yaşlı alimdən fəqrli, Eldar İsmayılov “təqaüdə” çıxmağa hazırlaşmır.
MOK-da çalışanlar yaxın gələcəkdən bilgisizdilər. Baş məclislin üzvlüyündə dəyişiklikləri də təsdiqləməyiblər. Yazılanlar komitədə birmənalı qarşılanmayıb. Müəllif sonradan dəqiqləşdirmə üçün əlaqə saxlasa da, qarşı tərəf soyuq qəbul edib. Nəzərinizə çatdıraq ki, Çingiz Hüseynzadə bu sahədə rifahın yaxşılaşması üçün çox iş görüb. Onun sayəsində xeyli idmançı və məşqçi mənzil alıb, vəzifəyə keçib, idman mütəxəssisi fəxri ada layiq görülüb; AİJA prezidenti Eldar İsmayılovun “Əməkdar jurnalist” olmasında birbaşa, 2014-cü ildə Beynəlxalq idman mətbuatı assosiasiyasının 77-ci ümumdünya konqresinin Bakıda keçirilməsində dolayısı rolu olub.