- Baxış sayı: 306
- 28 Aprel 2026 18:35
- Baxış sayı: 134
- May 04, 2026
- 0

Səudiyyə Ərəbistanı krallığının paytaxtı Ər-Riyadda İslam həmrəyliyi idman assosiasiyasının (İSSA) 14-cü baş assambleyası keçirilir.
Allsport.az xəbər verir ki, iclasda Azərbaycanı MOK-un vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katib Azər Əliyev və vitse-prezidenti Fərid Mansurov iştirak edir.
Əvvəlcə İSSA-nın 42-ci icraiyyə şurasının iclası olub. Daha sonra İSSA-nın baş assambleyasının iclası öz işinə başlayıb. İclasda baş assambleyanın gündəliyindəki məsələlər barədə müzakirələr aparılıb və İSSF-nin İslam ölkələri arasında 20 illik səmərəli fəaliyyəti yüksək qiymətləndirilib.