- Baxış sayı: 30
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 100
- Noyabr 25, 2024
- 0
Allsport.az xəbər verir ki, iranlı rəssam Fatimə Hamami Nəsrabadi “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldunun mümkün cəzalandırılması ilə bağlı yayılan xəbərlərə cavab verib:
“Ronaldu hər zaman xeyriyyə işlərində iştirak edən son dərəcə peşəkar və etik bir insandır. O, məni sevgi və məhəbbətlə qarşıladı.
İşsiz vəkillər ona qarşı mənim və ya ailəmin icazəsi olmadan ittiham irəli sürüblər. Ronalduya mənə sevgi nümayiş etdirdiyi üçün çox minnətdaram. Ona həyatında və futbolda ən yaxşısını arzu edirəm.
Ailəmlə mənim bununla bağlı heç bir şikayətimiz yoxdur, sadəcə olaraq Kriştianuya qarşı bu ittihamları təkzib etmək istəyirik.