- Baxış sayı: 35
- 23 Sentyabr 2026 18:54
- Baxış sayı: 110
- Sentyabr 23, 2026
- 0

“Mançester Siti”nin kapitanı Bernardu Silvanın yayda müqaviləsi başa çatır və hələlik yeni sözləşmə ilə bağlı rəsmi danışıqlar aparılmır.
Allsport.az xəbər verir ki, 31 yaşlı futbolçunun xidmətində PSJ maraqlanır.
Paris təmsilçisi təcrübəli oyunçunu mövsümün sonunda azad agent kimi heyətinə qatmağı planlaşdırır. Bernardu Silva üçün həmçinin “Qalatasaray” və “Barselona” klublarının da dövrədə olduğu bildirilir.
2017-ci ildən “şəhərlilər”in köynəyini geyinən Silva cari mövsümdə 38 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.