- Baxış sayı: 40
- 25 Dekabr 2024 18:08
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Azərbaycan kanoe və avarçəkmə federasiyası BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar müxtəlif aksiya və layihələr həyata keçirib. Allsport.az xəbər verir ki, federasiya COP29-un baş tutduğu bu günlərdə daha bir tədbir təşkil edəcək.
17 noyabr – Milli dirçəliş günündə bulvarda, Bakı avarçəkmə və kanoe idmanı (BAKİ) klubunun yerləşdiyi ərazidə “Təmiz suda avar çək!” devizi altında yürüş keçiriləcək. Yürüşə beynəlxalq avarçəkmə federasiyasının (FİSA) prezidenti Jan Kristof Roland, beynəlxalq kanoe federasiyasının prezidenti Tomas Konyetsko, beynəlxalq draqon qayıqları federasiyasının prezidenti Kladio Şermi, Asiya avarçəkmə federasiyasının və qlobal kanal avarçəkmə federasiyasının fəxri prezidenti Vanq Şi, qlobal kanal avarçəkmə federasiyasının səlahiyyətli nümayəndəsi Ken Li və COP29 üçün Azərbaycana səfər edəcək 50-dən çox fəxri qonaq qatılacaq.
“Təmiz suda avar çək” devizi altında keçirilən yürüşlər dünyanın 100-dən çox şəhərini əhatə edir.