“İşğaldan azad olunan ərazilərdə beynəlxalq tədbirlərin təşkili əsas hədəflərimizdəndir”

“İşğaldan azad olunan ərazilərdə beynəlxalq tədbirlərin təşkili əsas hədəflərimizdəndir”

“Avarçəkmə federasiyası bir neçə dəfə Suqovuşanda “Mingəçevir reqatası” və “Prezident kuboku” beynəlxalq yarışları keçirib. Bu dəfə növbəti yeniliyə nail olacağıq: Füzulidə Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi baş tutacaq”.

Allsport.az saytı xəbər verir ki, bunu AKAF-ın mətbuat katibi Vüsal Qurbanov dedi. Onun sözünə görə, işğaldan azad olunan ərazilərdə beynəlxalq tədbirlərin təşkili federasiyanın əsas hədəflərindəndir:

“Füzulidə 200 metr məsafəyə kayak və kanoe yarışı olacaq. Sonra mübarizə Mingəçevirdə davam edəcək. Burada bütün növ və məsafələrdə rəqabət olacaq. İdmançılarımız paytaxtda və Mingəçevirdə yaxşı təlim-məşq keçiblər. İldən-ilə nəticələrimiz yaxşılaşır. Ümidvaram ki, avarçəkənlərimiz bu yürüşlərdə də fərqlənəcəklər”.

Həmin kateqoriyadan