AKAF-ın adı dəyişdirildi

Azərbaycan kanoe və avarçəkmə federasiyası fəaliyyət istiqamətlərini genişləndirir.

Allsport.az xəbər verir ki, bununla bağlı federasiyanın ümumi yığıncağında müvafiq qərar qəbul olunub.

Bu addım ölkəmizdə su idman növlərinin vahid platformada inkişafını təmin etmək, idarəetmədə çevikliyi artırmaq və beynəlxalq arenada daha effektiv təmsilçiliyə nail olmaq məqsədi daşıyır. Eyni zamanda populyarlığı artırmaq, kütləviliyi təmin etmək, yeniyetmə və gəncləri cəlb etmək əsas prioritetdir.

Müvafiq olaraq federasiyanın adı dəyişdirilərək Azərbaycan su idmanı növləri federasiyası adlandırılacaq.

Həmin kateqoriyadan