Ake bu kluba keçmək istəmədi

“Mançester Siti”nin müdafiəçisi Natan Ake turnir cədvəlinin aşağı sıralarında qərarlaşan “Vest Hem”ə keçməkdən imtina edib.

Allsport.az xəbər verir ki, 30 yaşlı niderlandlı futbolçu yanvar ayında “Siti”dən ayrılmağa hazır olsa da, premyer liqada qalmaq uğrunda mübarizə aparan komandaya (hazırda 18-ci pillə) keçmək istəmir.
“Bornmut”, “Nyukasl” və “Kristal Pəlas”ın da maraq dairəsində olan Akenin transfer qiyməti təxminən 21 milyon funt-sterlinq civarındadır.

Həmin kateqoriyadan