Akedən tarixi göstərici

Niderlandlı müdafiəçi Natan Ake İngiltərə premyer liqasının 21-ci turu çərçivəsində keçirilən “Brayton”la görüşdə “Mançester Siti”nin start heyətində yer alıb.

Allsport.az xəbər verir ki, bu qarşılaşma 30 yaşlı futbolçu üçün “şəhərlilər”in heyətində İngiltərə çempionatında yubiley – 100-cü oyun olub.
“Squawka” statistika xidmətinin məlumatına görə, Ake premyer liqa tarixində iki müxtəlif komandanın (“Bornmut” və “Mançester Siti”) heyətində ən azı 100 oyun keçirən üçüncü niderlandlı oyunçu kimi tarixə düşüb. Daha əvvəl bu uğura yalnız Corc Boatenq (“Aston Villa”, “Midlsbro”) və Edvin van der Sar (“Fulhem”, “Mançester Yunayted”) nail olublar.

Həmin kateqoriyadan