- Baxış sayı: 43
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

“Real”ın müdafiəçisi David Alaba tezliklə komandadan ayrıla bilər.
Allsport.az xəbər verir ki, iyunun sonunda 33 yaşlı futbolçunun zədəli olduğu məlum olub. Ona sol ayağında baldır əzələsinin cırılması diaqnozu qoyulub.
Apreldə isə Alabaya sol dizində menisk yırtığı diaqnozu qoyulmuşdu. Üstəlik, Alaba çarpaz bağın yırtılması səbəbindən ötən mövsümün çox hissəsini qaçırıb. Vəziyyəti nəzərə alan “kral klub”u maaş fondunun yükünü yüngülləşdirmək üçün yay transfer pəncərəsində avstriyalı ilə yolunu ayırmağı düşünür.
2024/25 mövsümündə Alaba bütün turnirlərdə 14 oyun keçirib və qol vurmayıb.