“Allahdan istəyənə, O istədiyini verir”

Rumıniyanın paytaxtında Avropa çempionatında gəncəli sərbəst güləşçi Nürəddin Novruzov bürünc medal qazanıb. Allsport.az saytı xəbər verir ki, o, hava limanında çıxışını belə dəyərləndirib:

“Bu səbr işidir. Allahdan istəyənə, O istədiyini verir. Həmişə çalışmaq, dayanmadan məşq etmək lazımdır. Ötən il elə məhz Buxarestdə keçirilən U-23 Avropa çempionatında haqsızlıqda üzləşmişdim.

Şükürlər olsun, bu dəfə eyni məkanda böyüklər arasında medal qazandım. 61 kq-a yeni keçmişəm. İlk dəfə bu yarışda iştirak etsəm də, həyəcan yox idi. Rahat güləşdim. Abasqadji Məkəmmədova gələcəkdə qalib gəlmək olar.

O da mənim kimi adi insandır. Sadəcə, onu düzgün qiymətləndirmədim, boşluğa yol verdim. İnşallah, gələn yarışlarda daha yüksək nəticələr qazanaram”.

Həmin kateqoriyadan