- Baxış sayı: 38
- 25 Mart 2026 22:56
- Baxış sayı: 210
- Mart 25, 2026
- 0

Bundesliqada sona iki tur qalmış “Bavariya” çempionluğunu təmin edib.
Allsport.az xəbər verir ki, bu, Münhen təmsilçisinin ən yaxın izləyicisi “Bayer Leverkusen”in “Frayburq”la 2:2 hesablı heç-heçə etməsindən sonra gerçəkləşib.
Xalını 76-ya çatdıran “Bavariya” Xabi Alonsonun baş məşqçi olduğu komandanı 8 xal geridə qoyub.
Beləliklə, “Bavariya” Vensan Kompaninin rəhbərliyi altında ilk çempionluğunu qazanıb. Ümumilikdə isə bu, klubun 34-cü titulu olub.