Alveş bu klubun şərikli sahibi oldu

“Barselona”nın və Braziliya millisinin sabiq müdafiəçisi, dünyanın ən titullu futbolçularından biri Dani Alveş Portuqaliyanın üçüncü divizionunda çıxış edən “San-Juan-de-Ver” klubunun şərikli sahibi olub.

Allsport.az xəbər verir ki, 42 yaşlı Alveş klubun səhmlərinin 50 faizini artıq əldə edib. Razılaşmaya əsasən, o, 2025/26 mövsümünün sonunda qalan 50 faiz payı da alaraq klubun tam sahibi olacaq. Lakin ulduz futbolçu təkcə rəhbər vəzifəsi ilə kifayətlənmək niyyətində deyil. Məlumata görə, o, karyerasını bərpa edərək yanvardan iyunadək öz komandasında futbolçu kimi də çıxış etməyi planlaşdırır.

Həmin kateqoriyadan