AMADA və “Technofusion” idmançıların blokçeyn əsaslı reyestrini yaradır

Milli antidopinq agentliyi və yerli “Technofusion” şirkəti blokçeyn texnologiyası əsasında idmançılarımızın vahid reyestrinin hazırlanması üzərində işləyirlər. Allsport.az saytı xəbər verir ki, layihə çərçivəsində hər bir idmançının “rəqəmsal oxşarı” yaradılacaq.

Blokçeyn əsaslı reyestrdə yalnız idmançılar haqqında yox, həm də onların məşqçi və həkimləri haqqında da məlumatlar saxlanılacaq. AMADA və “Technofusion” reyestri 2020-ci ilin əvvəlindən işə salmağı planlaşdırırlar.

2016-cı ildə qurulan şirkət ənənəvi İT infrastrukturu layihələri ilə yanaşı blokçeynlə bağlı həllər, biznes təhlili və digər məsələlərlə məşğul olur. Ən çox tələb olunan və innovativ texnologiyaları təklif edən şirkət kifayət qədər şaxələndirilmiş sifarişçi portfelinə malikdir.

Həmin kateqoriyadan